logo

Zakir Həsənov NATO-nun iclasında iştirak etmək üçün Brüsselə yollanıb

12:53 24-10-2019 | icon 273
Zakir Həsənov NATO-nun iclasında iştirak etmək üçün Brüsselə yollanıb

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasina töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün oktyabrın 24-də Brüsselə yola düşüb.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,  oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstanda təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.