logo

UEFA Avropa Liqası: “Qarabağ”  APOEL-i qəbul edir

10:31 24-10-2019 | icon 2821
UEFA Avropa Liqası: “Qarabağ”  APOEL-i qəbul edir

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, A qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə qarşılaşacaqlar.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:55-də start götürəcək.

Qarşılaşmanı slovakiyalı Filip Qlovaya idarə edəcək. Frantişek Ferents və Yan Pozor yan xətt, Peter Zimba dördüncü hakim qismində ona kömək edəcək. Yunanıstanlı Mixalis Kukulakis hakim-inspektor, rusiyalı İvan Tsitoviç isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcəklər.

Xatırladaq ki, qrupda ilk oyununda öz meydanında İspaniyanın “Sevilya” klubuna məğlub olan (0:2) “Qarabağ” ikinci görüşündə səfərdə Lüksemburqun “Düdelanj” komandasına böyük hesabla qalib gəlib - 1:4. APOEL isə qrup mərhələsində keçirdiyi ilk iki oyunda məğlub olub - 4:3, 1:0.

Qeyd edək ki, komandalar cari avrokubok mövsümündə 3-cü dəfə qarşılaşacaqlar. Nikosiyalılar UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində ağdamlıları mübarizədən kənarlaşdıra biliblər. Azərbaycan çempionu səfərdə 54-cü dəqiqədə Mahir Emrelinin, 69-cu dəqiqədə isə Maqaye Qeyenin qolları ilə önə keçib. Son nöqtəni isə 90+5-ci dəqiqədə Giorqos Merkis qoyub - 2:1. Bundan sonra Tomas Doll APOEL-in baş məşqçisi postunda Paolo Tramezzanini əvəzləyib. Almaniyalı mütəxəssis Bakıdakı debüt qarşılaşmasında 2:0 hesablı qələbəyə sevinərək, mərhələ adlayıb.