logo

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib

21:13 23-10-2019 | icon 322
Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) oktyabrın 23-də keçirilən ümumi yığıncağı başa çatıb.

YeniAvropa xəbər verir  ki, akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsinə namizədliyi təklif olunub.

Akademiklər Yaqub Mahmudov, İsa Həbibbəyli, Urxan Ələkbərov, Nailə Vəlixanlı, Telman Əliyev, Adil Qəribov akademik Ramiz Mehdiyevin Azərbaycan elminə böyük töhfə verdiyini vurğulayıblar və akademik Akif Əlizadənin təklifini dəstəkləyiblər. AMEA-nın akademikləri və müxbir üzvlərinin iştirakı ilə keçirilən səsvermədə Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.

Xatırladaq ki, akademik Akif Əlizadə ərizə yazaraq AMEA prezidenti vəzifəsindən istefa verib.

Qeyd edək ki, bu gün prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.

Xatırlaadaq ki, oktyabrın 23-də prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.