logo

Prezident Vergilər Nazirliyini ləğv edərək İqtisadiyyat Nazirliyinin strukturuna çevirdi

15:49 23-10-2019 | icon 259
Prezident Vergilər Nazirliyini ləğv edərək İqtisadiyyat Nazirliyinin strukturuna çevirdi

İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilib.

 YeniAvropa  xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev  oktyabrın 23-də “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” fərman imzalayıb.

Fərmanda deyilir ki, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədilə aparılan sosial-iqtisadi islahatlarının dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialın artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir.

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib. İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.