logo

Oqtay Əsədov Parlament Sədrlərinin Avropa Konfransına yollanıb

13:11 23-10-2019 | icon 2100
Oqtay Əsədov Parlament Sədrlərinin Avropa Konfransına yollanıb

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün oktyabrın 23-dən 25-dək Strasburqda səfərdə olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə parlamentin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, AŞ PA-da nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, deputatlardan Sahibə Qafarova, Xanlar Fətiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Konfransda “Avropa ümumi evimiz: növbəti 70 il”, “BMT-nin 2030 gündəminin və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi: Parlamentlərin töhfəsi”, “Qadın siyasətçilərə, millət vəkillərinə qarşı təzyiq və nifrət ifadələrinin artmasına qarşı milli parlamentlər hansı rol oynaya bilər?” mövzularında müzakirələr aparılacaq.

Səfər çərçivəsində Milli Məclis Sədrinin konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Konfrans çərçivəsində Parlament Baş katiblərinin iclası keçiriləcək. İclasda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edəcək.