logo

İlham Əliyev Yevlaxın icra başçısını ordenlə təltif edib

16:29 12-10-2019 | icon 2233
İlham Əliyev Yevlaxın icra başçısını ordenlə təltif edib

Prezident İlham Əliyev  oktyabrın 12-də Qoca Səmədovun təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Qoca Çərkəz oğlu Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, Qoca Səmədov  13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olub. 18 fevral 2011-ci ildən Yevlax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Sabah onun 60 yaşı tamam olur.