logo

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

14:55 12-10-2019 | icon 2772
Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

Oktyabrın 12-də yerli vaxtla saat 18:22 dəqiqədə Yaponiyanın şimal-şərq sahillərində 5,7 bal gücündə zəlzələ olub.

YeniAvropa Yaponiya Meteorologiya Agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Çiba prefekturasından 80 kilometr məsafədə, ocağı isə 68 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur