logo

Azərbaycan və Gürcüstan XİN-ləri arasında məsləhətləşmələr keçirilib

21:20 11-10-2019 | icon 2303
Azərbaycan və Gürcüstan XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Oktyabrın 11-də Tbilisidə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Gürcüstanın Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçirilib.

 YeniAvropa xəbər verir ki, görüşdə Konsul əlaqələri haqqında Vyana Konvensiyasının həyata keçirilməsi, konsulluq əlaqələri sahəsində, həmçinin hər iki ölkənin hüquq-mühafizə və məhkəmə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Miqrasiya məsələləri üzə əməkdaşlıq, vətəndaşlara mülki, ailə və cinayət işlərində hüquqi yardımın göstərilməsi məsələsi də xüsusi diqqət mərkəzində olub.

Konsulluq idarələrinin rəhbərləri təhsil və sərhədlərin qorunması sahəsində ikitərəfli saziş və layihələri də nəzərdən keçiriblər.

Bununla yanaşı, işğal olunmuş ərazilərdə vətəndaşların qanunsuz səfərlərinin qarşısının alınmasında və separatçı qurumların təqdim etdiyi sənədlərin tanınmaması üzrə sıx əməkdaşlıq məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Tərəflər məlumat və təcrübə mübadiləsi üçün konsulluq məsləhətləşmələrinin hər il keçirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə Azərbaycan nümayəndə heyətinə XİN-nin Konsulluq idarəsinin rəisi Faiq Bağırov, Gürcüstan nümayəndə heyətinə isə XİN-nin Konsulluq idarəsinin rəisi Giorgi Tabatadze rəhbərlik edib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov görüşdə iştirak edib.