logo

Ukrayna əhalisinin 70 %-i Zelenskiyə etimad göstərir

19:18 11-10-2019 | icon 2821
Ukrayna əhalisinin 70 %-i Zelenskiyə etimad göstərir

Oktyabrın əvvəlində keçirilən rəy sorğusunun nəticəsinə görə, ukraynalıların 70,5 faizi prezident Vladimir Zelenskiyə etimad göstərir. Əhalinin 22,1 faizi isə ölkə başçısına inanmır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Razumkov Sorğu Mərkəzinin hesabatında qeyd edilir.

Rəy sorğusunda iştirak edənlərin V.Zelenskinin komandasına inamı isə azdır. Belə ki, sorğuda iştirak edənlərin 54 faizi Ali Radanın sədri Dmitriy Razumkova, 36 faizi baş nazir Aleksey Qonçaruka inanır.

Qeyd edək ki, V.Zelenskinin oktyabrın 10-da keçirdiyi ilk press-marafonda jurnalistlərin verdikləri sualların əksəriyyəti prezidentin komandasındakı kadrların qeyri-peşəkarlığı və inamsızlığı ilə bağlı olub.