logo

Qadın isürücü piyadanı vurub öldürdü

16:59 11-10-2019 | icon 3647
Qadın isürücü piyadanı vurub öldürdü

Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Sabunçu rayonunun ərazisində Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Mirzəyeva orada ölüb.

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Elman Abuzərov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yol kənarındakı elektrik dirəyinə vurub. Xəstəxanaya yerləşdirilmiş sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Səbail rayonunun Yeni Salyan yolu küçəsində isə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova naməlum avtomobillə vurulub və həmin şəxs zərbədən qarşıdan gələn Bakı şəhər sakini C.Abdullayevin sürdüyü “Wolkswagen” markalı avtomobilin altına düşüb. Piyada hadisə yerində ölüb.

Hadisələrlə bağlı araşdırmalar aparılır.