logo

Xəzərdə itkin düşən balıqçının axtarışına helikopter cəlb edilib

14:57 11-10-2019 | icon 2520
Xəzərdə itkin düşən balıqçının axtarışına helikopter cəlb edilib

Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, axtarışlara nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.