logo

Azərbaycan-Çin ticarət dövriyyəsi cari ildə 2 dəfə artıb

14:29 11-10-2019 | icon 224
Azərbaycan-Çin ticarət dövriyyəsi cari ildə 2 dəfə artıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 2 dəfə artıb.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, ikitərəfli əlaqələrdə ticarət sahəsi mühüm yer tutur. Azərbaycan və Çin arasında ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 2 dəfə artıb. Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti, maliyyə, kənd təsərrüfatı və sair sahələrdə 120-dək Çin investisiyalı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycanın dövlət layihələrində də iştirak edirlər.

O deyib ki, Azərbaycan şirkələri Çində keçirilən sərgilərdə fəal iştirak edirlər. Azərbaycan bu ilin noyabrında Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisində təmsil olunacaq.