logo

Bu gün 2019-cu il üçün Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq

10:05 11-10-2019 | icon 196
Bu gün 2019-cu il üçün Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq

Bu gün 2019-cu il üçün Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq.

 YeniAvropa Norveç Nobel Komitəsinə istinadən xəbər verir ki, laureatın adı Osloda baş tutacaq xüsusi tədbirdə rəsmi şəkildə elan ediləcək. Bu mükafatı təsis etmiş Alfred Nobelin vəsiyyətinə görə Sülh Mükafatı sülhün bərqərar olması işində ən böyük müvəffəqiyyətlərə nail olmuş şəxsə verilməlidir, lakin son illərdə mükafat bu istiqamətdə işi aparan təşkilatlara da verilir.

Nobel Fondunun Nizamnaməsinə əsasən, laureatları Norveç parlamenti tərəfindən təyin edilən Norveç Nobel Komitəsi seçir. Namizədlərin seçilməsi prosesi və nominantların siyahısı ciddi sirr kimi saxlanır. Ənənəyə görə, Nobel Fondu seçim edilməsi üçün əsas olmuş sənədləri yalnız mükafatların təqdim edilməsi vaxtından 50 il sonra elan edə bilər.

Xatırladaq ki, 2018-ci ildə bu mükafata cinsi zorakılığın silah kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə insan hüquqları üzrə fəallar Denis Mukveqe və Nadiya Murad layiq görülüblər.