Oktyabrın 10-da Türkiyənin Yalova şəhərində 4 bal gücündə zəlzələ baş verib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Yerli vaxtla saat 19:52-də qeydə alınan yeraltı təkanlar İstanbulda da hiss edilib.
Ocağı 10,66 kilometr dərinlikdə yerləşən zəlzələ Yalova şəhərindən 3,71 kilometr aralıda qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.