logo

USAİD xətti ilə indiyədək Azərbaycanda 120 layihə reallaşıb

20:11 10-10-2019 | icon 2338
USAİD xətti ilə indiyədək Azərbaycanda 120 layihə reallaşıb

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən 8 il ərzində Azərbaycanda 160-dan çox icmada 120 layihə həyata keçirilib. Bu layihələrdən ümumilikdə 300 mindən çox Azərbaycan vətəndaşı faydalanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə USAİD-in nümayəndəsi Maykl Heninq oktyabrın 10-da jurnalistlərə müsahibəsində deyib. O, qeyd edib ki, Azərbaycanla ABŞ arasında olan münasibətlər inkişaf etməkdədir. İqtisadiyyat Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliy tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inkubator məntəqəsinin fəaliyyətə başlaması bu tərəfdaşlığın və dostluğun kiçik bir nümunəsidir. 

Cocuq Mərcanlıda gördüklərindən məmnunluğunu ifadə edən M.Heninq bildirib: "Cocuq Mərcanlının əhalisi çox böyük şücaət və əzmkarlıq göstərərək öz doğma kəndlərinə qayıdıblar. Bir neçə il ərzində burada olan inkişaf məndə böyük təəssürat yaradır. Gördüklərimdən çox təsirlənmişəm. Kəndin sakinlərinə rifahlarının yaxşılaşdırılması, iqtisadiyyatın gücləndirilməsində uğurlar arzu edirəm. Gələcəkdə bu kimi qayıdış və yenidənqurma proseslərində Cocuq Mərcanlı kəndinin təcrübəsi danılmazdır və böyük qiymətə malikdir".