logo

Deputatlarımız Londona NATO PA-nın illik sessiyasına yollandılar

19:59 10-10-2019 | icon 2485
Deputatlarımız Londona NATO PA-nın illik sessiyasına yollandılar

Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının(PA) 65-ci illik sessiyasında iştirak etmək üçün oktyabrın 10-da Böyük Britaniyanın paytaxtı Londona səfəe ediblər.

YeniAvropa xəbər verir  ki, bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, illik sessiya çərçivəsində əvvəlcə NATO PA-nın komitə iclasları keçiriləcək. Komitə iclaslarında müxtəlif mövzuları əhatə edən 15 hesabat və 7 qətnamə layihəsi müzakirə ediləcək. İllik sessiya çərçivəsində, həmçinin son dövrdə görülən işlər, növbəti il üçün fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılacaq, maliyyə sənədləri təqdim olunacaq, NATO dəyərlərinin qorunması, NATO prinsiplərinə sadiqlik əsas müzakirə mövzuları olacaq.

Nümayəndə heyətimizin üzvləri tədbirlərdə müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 15-də başa çatacaq.