logo

Zelenski erməni naziri ilin sonunadək sınaq müddətinə işə alıb

15:21 10-10-2019 | icon 2870
Zelenski erməni naziri ilin sonunadək sınaq müddətinə işə alıb

Ukraynanın daxili işlər naziri Arsen Avakov ilin sonuna kimi sınaq müddətindədir.

 YeniAvropa xəbər verir  ki, bu barədə məlumatı Ukrayna prezidenti Vladimir Zelenski bu gün keçirdiyi mətbuat konfransında verib.

Ukrayna prezidenti Daxili İşlər Nazirliyində kadr dəyişikliyinə ehtiyac olduğunu söyləyərək deyib : "Avakova hər hansı vədim yoxdur. Onun sınaq müddəti var. Daxili İşlər Nazirliyində yeni simalar görmək istəyirik. Orada çox sayda yeni kadrlar var. Bütün nazirlərə demişəm, ilin sonuna qədər gördüyünüz real işləri gətirin, əgər olmasa, işdən çıxarılacaqsınız".

Qeyd edək ki, Vladimir Zelenski Ukraynanın yeni hökumətini formalaşdırarkən erməni əsilli daxili işlər naziri A.Avakova yenidən etimad göstərib. Bu da Avakovdan narazı kütlənin qəzəbinə səbəb olub.