logo

NATO-nun baş katibi Ərdoğanla görüşmək üçün sabah Türkiyə gəlir

10:32 10-10-2019 | icon 2478
NATO-nun baş katibi Ərdoğanla görüşmək üçün sabah Türkiyə gəlir

NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 11-də Türkiyəyə səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Şimali Atlantika Alyansının baş katibi İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. Həmçinin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə gündəlikdə duran məsələlərin müzakirəsi nəzərdə tutulub.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başladığı "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatı NATO-Türkiyə münasibətlərində ən aktual mövzuya çevrilib.