logo

Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

20:50 09-10-2019 | icon 2534
Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Gürcüstanın baş naziri Giorgi Qaxariyanın Azərbaycana rəsmi səfəri oktyabrın 9-da başa çatıb.

 YeniAvropa xəbər verir  ki,  hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Qaxariyanı Azərbaycanın baş nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.