logo

Azərbaycan-Türkiyən ticarət dövriyyəsi 20 milyard dollara çata bilər

18:17 09-10-2019 | icon 3598
Azərbaycan-Türkiyən ticarət dövriyyəsi 20 milyard dollara çata bilər

Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin həcminin 10-20 milyard dollara çatdırılması potensialı var.

 YeniAvropa xəbər verir  ki, bu sözləri oktyabrın 9-da Bakıda jurnalistlərə müsahibəsində Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Hasan Büyükdede deyib.

Nazir müavini bildirib ki, Azərbaycanla Türkiyənin ticarət dövriyyəsinin həcmi hazırda 3,5 milyard dollardır: “Bu göstəricinin 10-20 milyard dollara çatdırılması üçün birgə layihələrin davam etdiriləcəyinə ümidvaram”.