Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, oktyabrın 9-da şimal-qərb küləyinin sürəti arabir Naftalanda 28, Daşkəsəndə 25, Tərtərdə 22, Xınalıq, Bakı, Ələtdə 20, Neft Daşlarında 18, Pirallahıda 17, Gədəbəydə 15 metr/saniyəyədək güclənib.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa -ya bildiriblər ki, Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb.