logo

Koreya parlamentinin sədri Azərbaycana gələcək

13:59 09-10-2019 | icon 2366
Koreya parlamentinin sədri Azərbaycana gələcək
Milli Məclisin sədri Oqtay Əsədov dəvəti ilə Koreya Milli Assambleyanın spikeri Hee-sang Moonun Azərbaycana səfəri gözlənilir.
YeniAvropa xəbər verir  ki, bu barədə  Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op ölkəsinin milli bayramı münasibətilə Bakıda  "Abşeron-Marriot" mehmanxanasında təşkil olunan rəsmi qəbulda çıxışı zamanı məlumat verib.
Diplomat bu səfərin iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində daha bir addım olacağına əmin olduğunu söyləyib.