logo

Türkiyənin Hakkari vilayətində 4 terrorçu zərərsizləşdirilib

20:33 08-10-2019 | icon 203
Türkiyənin Hakkari vilayətində 4 terrorçu zərərsizləşdirilib

Türkiyənin Hakkari vilayətində həyata keçirilən antiterror əməliyyatları nəticəsində 4 terrorçu zərərsizləşdirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda Hakkari Jandarm Komandirliyi tərəfindən keçirilən aviasiya dəstəkli əməliyyat nəticəsində dörd terrorçunun zərərsizləşdirildiyi bildirilir. Əməliyyat nəticəsində terrorçulara məxsus silah-sursat da ələ keçirilib.