logo

Tehranda sosial sahədə Azərbaycan-İran əməkdaşlığı müzakirə olunub

19:28 08-10-2019 | icon 2863
Tehranda sosial sahədə Azərbaycan-İran əməkdaşlığı müzakirə olunub

Tehranda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə İranın kooperasiya, əmək və sosial rifah naziri Məhəmməd Şəriətmədari arasında görüş olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Bildirilib ki,  görüşdə prezident İlham Əliyev və İran İslam Respublikasının rpezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verdiyi vurğulanıb. İkitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi, bu əsasda sosial sahədə də əməkdaşlığın inkişafı üçün mühüm işlərin aparıldığı qeyd edilib. Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan son islahatlar barədə məlumatlar verilib. Həmin islahatlar prosesində Azərbaycan və İranın müvafiq nazirliklərinin ikitərəfli əməkdaşlığının əhəmiyyətindən bəhs olunub.

Nazirliklər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıqdan, həyata keçirilən təcrübə mübadiləsindən bəhs edilib. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin əlaqələrin inkişafında mühüm rol oynayacağı vurğulanıb.