2019-cu il üzrə fizika üzrə Nobel mükafatçıları bəlli oldu
2019-cu il üzrə fizika sahəsində Nobel mükafatı laureatlarının adları elan edilib.
YeniAvropa xəbər verir ki, oktyabrın 8-də Stokholmda yerləşən İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi fizika sahəsində 2019-cu il üzrə Nobel mükafatının bir yarısını Ceyms Piblsə “fiziki kosmologiyada nəzəri kəşfləri üçün”, digər yarısını isə Mişel Meyir və Didier Queloza “günəş tipli bir ulduz orbitində olan bir ekzoplanetin kəşfinə görə” verildiyini elan edib.
Qeyd olunub ki, bu il fizika üzrə Nobel mükafatı kainatın quruluşunu və tarixini yeni şəkildə anlamağa və bizim Günəş sistemi xaricində günəş tipli bir ulduz orbitində yeni planetin kəşfinə görə təqdim edilir. Ceyms Pibls kosmosu milyardlarla qalaktika və qalaktika klasterləri ilə 1960-cı illərin ortalarından başlayaraq inkişaf etdirdiyi nəzəri çərçivədə, “Böyük partlayışdan” günümüzə qədər olan kainatın tarixi haqqında müasir anlayışımızın əsasını təşkil etməyə fayda verib. “Onun kəşfləri, məlum materiyanın kainatdakı bütün maddə və enerjinin yalnız 5 faizini təşkil etdiyini anlamağa səbəb olub. Qalan 95 faiz isə bizdən gizlidir. Bu müasir bir fizika üçün bir sirr və problemdir”, - deyə İsveç Kral Elmlər Akademiyasının üzvləri bildiriblər.
Mişel Meyir və Didier Queloz naməlum aləmlərin axtarışında öz Qalaktikamızı “Süd yolunu” araşdırıblar. 1995-ci ildə bizim Günəş sistemi xaricində bir planet, ilk günəş tipli ulduz orbitində olan bir ekzoplaneti məhz bu alimlər tapıblar. Onların kəşfi bu qəribə dünyalar haqqında anlayışda və astronomiyada inqilaba səbəb olub. “4000-dən çox tanınmış ekzoplanet formalarının zənginliyi ilə heyran edir, çünki bu planet sistemlərinin əksəriyyəti Günəş və planetləri ilə oxşar deyil. Bu kəşflər planetlərin yaranmasında fiziki proseslər haqqında yeni nəzəriyyələrin doğulmasına səbəb olub”, - deyə İsveç Kral Elmlər Akademiyası bildirib.
Xatırladaq ki, Alfred Nobelin vəsiyyətinə əsasən, fizika sahəsində mükafat bu sahədə ən əhəmiyyətli kəşfin və ya ixtiranın müəllifinə verilməlidir. Mükafatı Stokholmda yerləşən İsveç Kral Elmlər Akademiyası verir. Akademiyanın işçi orqanı – Fizika üzrə Nobel Komitəsidir. Bu komitənin üzvləri akademiya tərəfindən üç il müddətinə seçilir.
Mükafatın təqdim edilməsi mərasimi hər il dekabrın 10-da iki ölkənin – İsveçin və Norveçin paytaxtlarında keçirilir. Fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda, şəhər ratuşasında Norveç Kralı və ailə üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.
Laureatlara pul mükafatı ilə yanaşı, üzərində Nobelin təsvir edildiyi medal və diplom təqdim olunur. Pul mükafatının məbləği Nobel fondundan alınmış gəlirdən asılı olaraq dəyişir.
AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürüb
“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır
Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır
Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı
Bakıda informasiya texnologiyaları üzrə beynəlxalq konfrans keçiriləcək
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib
Salyan sakinindən 2,5 kq heroin götürülüb
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır