logo

İlham Əliyev Əli Əsədovu baş nazir təyin etdi

16:08 08-10-2019 | icon 2233
İlham Əliyev Əli Əsədovu baş nazir təyin etdi

Prezident İlham Əliyev oktyabrın 8-də Əli Əsədovun baş nazir  təyin edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının baş naziri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Prezident İlham Əliyev oktyabrın 8-də imzaladığı digər bir sərəncamla isə Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının baş naziri vəzifəsindən azad edilib.