logo

İham Əliyev Əli Əsədovun namizədliyini baş nazir postuna irəli sürdü

10:51 08-10-2019 | icon 2660
İham Əliyev Əli Əsədovun namizədliyini baş nazir postuna irəli sürdü

Prezident İlham Əliyev yeni baş nazirin namizədliyini Milli Məclisə göndərib.

 YeniAvropa xəbər verir  ki, həmin namizəd prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovdur.

Bu məsələ rəsmi olaraq Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki,  baş nazir Novruz Məmmədov bu gün istefa verib.

Qeyd edək ki, Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

17 aprel 1998-cu ildən bu günədək prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.