logo

Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

19:50 07-10-2019 | icon 2303
Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Oktyabrın 10-da Türkmənistanın paytaxtı Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

YeniAvropa  MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, oktyabrın 10-da Xarici İşlər nazirləri gündəlikdə duran aktual beynəlxalq məsələlər və MDB formatında qarşılıqlı fəaliyyət proqramı ətrafında fikir mübadiləsi aparacaqlar. Onlar, həmçinin MDB iştirakçı dövlətlərinin xarici siyasət idarələri arasında tərəfdaşlığın möhkəmləndirilməsinə dair Fəaliyyət Proqramını qəbul edəcək, MDB ölkələrinin Oyunları məsələsini, MDB məkanında dövlətlərin informasiya təhlükəsizliyinin təmin edilməsini, silahlı qüvvələrin vahid rabitə sisteminin yaradılmasını, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasını da müzakirə edəcəklər.

Bundan başqa, nazirlər prezidentlərin müzakirəsinə təqdim ediləcək bir sıra sənədləri də razılaşdıracaqlar. Onların arasında MDB iştirakçı dövlətlərinin sovet xalqının Böyük Vətən müharibəsində Qələbəsinin 75 illiyi münasibətilə MDB ölkələrinin xalqlarına və beynəlxalq ictimaiyyətə Müraciətinin layihəsi, həmçinin korrupsiya, terrorizmə və ekstremizmin digər təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq sazişi, təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahələrində hüquq-mühafizə orqanları arasında informasiya mübadiləsinin inkişafına dair sənəd də var.

Oktyabrın 11-də keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında isə Birlik çərçivəsində qarşılıqlı fəaliyyət və 2020-ci ildə MDB-yə sədrlik barədə müzakirələr aparılacaq.

Eyni zamanda, Xarici İşlər nazirlərinin iclasında strateji iqtisadi əməkdaşlıq haqqında Bəyannamə və azadlıqdan məhrumetmə qərarlarının icrası ilə bağlı Konvensiyanın dövlət başçılarının müzakirəsinə təqdim olunması müzakirə ediləcək.