logo

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələri gənclərinin forumu keçiriləcək

18:47 07-10-2019 | icon 4165
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələri gənclərinin forumu keçiriləcək

Oktyabrın 21-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin gənc liderlərinin forumu keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə tədbir Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Demokratik İslahatçı Gənclər İctimai Birliyi tərəfindən təşkil olunacaq.

Forumun əsas məqsədi hərəkata üzv ölkələrin gəncləri arasında Azərbaycanın sürətli inkişafının, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinin, “ASAN xidmət” brendinin geniş təbliğ edilməsidir.

İki gün davam edəcək Forumda könüllülük fəaliyyəti, gənclər siyasəti çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Forum çərçivəsində iştirakçı gənclərlə bir sıra dövlət qurumlarında görüşlərin keçirilməsi nəzərdə tutulur.