logo

Putin Türkiyənin Suriyada keçirəcəyi hərbi əməliyyatı Ərdoğanla müzakirə etməyib

17:52 07-10-2019 | icon 2779
Putin Türkiyənin Suriyada keçirəcəyi hərbi əməliyyatı Ərdoğanla müzakirə etməyib

Rusiya prezidenti Vladimir Putin Türkiyə ordusunun Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyatla bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla heç bir müzakirə aparmayıb, lakin iki ölkənin hərbi qurumları və xüsusi xidmət orqanları arasında daimi əlaqələr mövcuddur.

 YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dimitri Peskov jurnalistlərə məlumat verib.

Xatırladaq ki, bir qədər əvvəl Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Türkiyə ordusunun Suriyanın şimalında, Fərat çayının şərq sahilində hərbi əməliyyatlara başlaması barədə qərar qəbul edilə biləcəyini bildirib. Onun sözlərinə görə, əməliyyatın əsas məqsədi Suriyanın Türkiyə ilə sərhədyanı ərazilərinin terrorçulardan təmizlənməsi, orada təhlükəsizlik zonasının yaradılması və həmin ərazilərdə suriyalı qaçqınların yerləşdirilməsidir. Vaşinqton isə öz növbəsində bildirib ki, ABŞ Silahlı Qüvvələri Türkiyənin Suriya ərazisində keçirdiyi əməliyyatlarda iştirak etməyəcək.

Son məlumatlara görə, Amerika hərbçiləri bölgəni tərk etməyə başlayıb.