logo

"Atabank” çökür

17:11 07-10-2019 | icon 329
"Atabank” çökür

“Atabank” artıq iflas mərhələsindədir.

 YeniAvropa xəbər verir  ki, bu gün yerli mətbuatda bankın artıq tamamilə çökməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, əmanətçilər artıq  banka əmanət qoyan dost-tanışına zəng edərək, qoyulan əmanətləri mümkün qədər tez bir zamanda geri götürmələri haqda xəbərdarlıq ediblər.

Bankın vəkili Əkrəm Həsənov da gəzən söz-söhbətin həqiqət olduğunu deyib: "Bəli, eşitdikləriniz həqiqətdir".

Onun sözlərinə görə, bank kreditlərlə bağlı problemlər aşkar edib :"  Ancaq bunlar heç də prezident İlham Əliyevin şəxsi təşəbbüsü sayəsində həllini tapan problemli kreditlər deyil. “Atabank “da söhbət daha çox cinayət xarakterli əməllərdən gedə bilər. Burada milyonlarla manat dəyərində kreditlər verilib və geri qayıtmayıb, ancaq bu, adi vətəndaşlara verilməyib" ,-deyən Ə. Həsənov, daha sonra əlavə edib ki,  həmin şəxslərin arasında  çox yüksək vəzifəli məmurlar da var.

Xatırladaq ki, mətbuatda "Atabank" daha çox sabiq vergilər naziri Fazil Məmmədovun adı ilə bağlanılır. "Virtualaz.org"  yazır ki, o, nazir olduğu illərdə banka heç kim yaxın düşə bilmirdi. Lakin F. Məmmədov postunu itirən kimi onun holdinqində problemlər də başladı, o cümlədən bankda. “Krışasız" qalan şirkətlər tədricən bağlanıb və artıq növbə banka çatıb. Düzdür, hələ rəsmi olaraq bağlanmayıb, amma gördüyünüz kimi, o gün çox uzaq da deyil.