logo

Tibb sahəsi üzrə Nobel mükafatı laureatlarının adları bəlli oldu

14:58 07-10-2019 | icon 26516
Tibb sahəsi üzrə Nobel mükafatı laureatlarının adları bəlli oldu

İsveçdə tibb sahəsi üzrə 2019-cu il Nobel mükafatının sahibləri elan edilib. Stokholmda xüsusi təşkil olunmuş tədbirdə bu mükafata ABŞ və Britaniya alimləri Villiam Kaelin, Peter J.Ratcliff və Qreqq L.Semenzanın layiq görüldüyü elan edilib.

 YeniAvropa  xəbər verir ki, alimlər Nobel mükafatına, "Hüceyrələrin özlərini necə hiss etdiklərini və oksigenin mövcudluğuna uyğunlaşdıqlarını" kəşf etdiklərinə görə layiq görülüblər.