logo

Həyat yoldaşını bıçaqla qətlə yetirən şəxs saxlanıldı

14:31 07-10-2019 | icon 2583
Həyat yoldaşını bıçaqla qətlə yetirən şəxs saxlanıldı

Oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini N.Məmmədov Binəqədi rayonunda ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa -ya bildiriblər ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb.

Faktla əlaqədar rayon prokurorluğu tərəfindən araşdırma aparılır.