logo

Sabah Bakıda şimal küləyi əsəcək,  23° isti olacaq

13:57 07-10-2019 | icon 2408
Sabah Bakıda şimal küləyi əsəcək,  23° isti olacaq

Ölkə ərazisində oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-18°, gündüz 20-23° isti, Bakıda gecə 15-17°, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti olacağı ehtimal edilir.