logo

İlham Əliyev Vladimir Putinin ad gününü təbrik edib

11:35 07-10-2019 | icon 2121
İlham Əliyev Vladimir Putinin ad gününü təbrik edib

Prezident İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib. 

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edən prezident İlham Əliyev ona Rusiya dövlətinin və xalqının tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu yaxınlarda keçirilən “Valday” beynəlxalq diskussiya klubunun növbəti iclasının əhəmiyyətinə toxunaraq, Soçidə ölkə başçıları arasında aparılan danışıqların strateji tərəfdaşlığa əsaslanan ikitərəfli dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Söhbət zamanı prezidentlər İlham Əliyev və Vladimir Putin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.