logo

"Qarabağ" ardıcıl yeddinci qələbəsini qazandı

22:50 06-10-2019 | icon 2912
"Qarabağ" ardıcıl yeddinci qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

YeniAvropa xəbər verir  ki, VII turun son matçında "Qarabağ" "Sabah"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərinin heyətində ilk qolu Maqaye Qeye 17-ci dəqiqədə vurub. 51-ci dəqiqədə isə Abbas Hüseynov topu rəqib qapısından keçirib. 79-cu dəqiqədə "Sabah"ın heyətində Bəhlul Mustafazadə qırmızı vərəqə alıb.

Ardıcıl 7-ci qələbəsini qazanan "Qarabağ" 21 xalla liderliyini daha da möhkəmləndirib. "Sabah" isə 5 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçlarında "Sumqayıt" evdə "Keşlə" ilə (0:0), "Zirə" isə "Qəbələ" ilə heç-heçə (1:1) edib. "Neftçi" isə "Səbail"i minimal hesabla (2:1) üstələyib.