logo

Rusiya Federasiya Şurasının vitse-spikeri ölüb

19:49 06-10-2019 | icon 2597
Rusiya Federasiya Şurasının vitse-spikeri ölüb

Rusiya Federasiya Şurasının vitse-spikeri Yevgeni Buşmin uzun sürən xəstəlikdən sonra vəfat edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Agentliyin məlumatında qeyd edilib ki, Y.Buşmin şurada büdcə məsələləri, maliyyə bazarları və iqtisadi bloklara məsul şəxs olub.

Yevgeni Buşmin, həmçinin, 1998-2001-ci illərdə maliyyə nazirinin müavini vəzifəsində də çalışıb.

Qeyd edək ki, 59 yaşlı Yevgeni Buşmin hakim "Vahid Rusiya"(Yedinaya Rossiya) partiyasının Ali Şurasının üzvü olub və Rostov vilayətindən Dövlət Dumasına deputat seçilib.