logo

ABŞ-ın Ankaradakı səfirliyinin müşaviri Türkiyənin XİN-nə çağırılıb

18:50 06-10-2019 | icon 2583
ABŞ-ın Ankaradakı səfirliyinin müşaviri Türkiyənin XİN-nə çağırılıb

ABŞ-ın Ankaradakı səfirliyinin müşaviri sosial şəbəkədə xoşagəlməz bir ifadənin bəyənilməsi səbəbindən Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə qardaş ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfir Ankara kənarında olduğundan sosial şəbəkədəki xoşəgəlməz ifadənin bəyənilməsi ilə bağlı narahatlıq onun müşavirinin diqqətinə çatdırılıb.

Həmçinin mövzuya aydınlıq gətirən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu KİV nümayəndələrinə bildirib ki, FETÖ/PDY terror təşkilatlarının fəalı Ergün Babahanın sosial şəbəkədə yaydığı “Türkiyə xalqları Baxçalısız siyasi vəziyyətə hazır olmalıdır” ifadəsi ABŞ-ın Türkiyədəki Səfrliyinin rəsmi saytının “Twitter” səhifəsindən də bəyənilib. Nazirin sözlərinə görə, müşavir bu halın yanlış baş verdiyini, düzəliş olacağını və mövzuya dair açıqlama veriləcəyini ifadə edib.

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sentyabrın 23-də xəstəxanaya yerləşdirilib və qısa müayinədən sonra evə buraxılıb. Onun nəfəs yollarında infeksiya müəyyən olunduğu bildirilir. “Türkiyə xalqları Baxçalısız siyasi vəziyyətə hazır olmalıdır” ifadəsi məhs bu məsələyə aiddir.