logo

Nərimanov rayonunda ağacları kəsən şirkət cərimələnib

11:48 06-10-2019 | icon 2485
Nərimanov rayonunda ağacları kəsən şirkət cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu ilin avqust ayında paytaxtın Nərimanov rayonunun Mayakovski küçəsi, Montin bazarının yaxınlığında ağacların kəsilməsi faktını aşkarlayıblar. Faktla bağlı qanunauyğun tədbir görülüb.

YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. 

"Həmin ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının söküntüsü zamanı bir neçə ağac icraçı şirkət "RR CONSTRUVTİON" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən kəsilib. Faktla bağlı akt, protokol tərtib olunub, şirkət hüquqi şəxs qismində 50 min manat məbləğində cərimələnib", - deyə məlumatda qeyd edilib.