logo

Kazan 2020-ci ildə I MDB ölkələri Oyunlarına ev sahibliyi edəcək

21:55 05-10-2019 | icon 2429
Kazan 2020-ci ildə I MDB ölkələri Oyunlarına ev sahibliyi edəcək

Gələn il avqustun 20-dən 27-dək Tatarıstanın paytaxtı Kazan şəhərində I MDB ölkələri Oyunları təşkil olunacaq.  

YeniAvropa Rusiya  KİV-ə istinadla xəbər verir ki, bu barədə MDB İcrayyə Komitəsindən bildirilib. Qeyd edilib ki, bu məsələ oktyabrın 10-də Aşqabadda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə ediləcək.

"Oyunlarda Azərbaycan, Türkmənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ermənistan, Özbəkistan və ola bilsin Ukraynadan olan 2000-dən çox idmançı iştirak edəcək. Onlar cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, minifutbol, boks, tayboks, şahmat, idman rəqsləri, qılıncoynatma, karate, daşqaldırma idmanı, armrestlinq və mas-restlinq, yüngül atletika, basketbol (3x3), idman güləşi və qurşaq güləşi yarışlarında qələbə uğrunda mübarizə aparacaqlar.

Yarışlara başqa ölkələri də dəvət etməyin mümkünlüyü məsələsi nəzərdən keçiriləcək. Bu, yarışların formatını genişləndirər. Birlik Oyunları iki ildə bir dəfə - Olimpiya ilində keçiriləcək.

Oyunlar dövründə “İdman ərazisi” adlı MDB forumu və hər bir ölkənin ənənələrinin populyarlaşmasına şərait yaradacaq, iştirakçıları daha da yaxınlaşdıracaq müxtəlif mədəni tədbirlər keçirilməsi də nəzərdə tutulur",-deyə məlumatda bildirilib.