logo

Türkiyənin Akdeniz ərazisində 4,3 bal gücündə zəlzələ olub

20:57 05-10-2019 | icon 2779
Türkiyənin Akdeniz ərazisində 4,3 bal gücündə zəlzələ olub

Türkiyənin Akdeniz ərazisində 4,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Muğla şəhərinin Marmaris rayonundan 75 kilometr aralıda qeydə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata əsasən yerli vaxtla 17.51-də qeydə alınan təkanların ocağı 45 kilometr dərinlikdədir.

Dağıntı və xəsarət barədə hələ ki, məlumat yoxdur.