logo

Oğurluq üstə tutuldu, maşın qaçırdığı da bəlli oldu

15:21 05-10-2019 | icon 203
Oğurluq üstə tutuldu, maşın qaçırdığı da bəlli oldu

Oğurluq etdiyinə görə tutulmuş C.Əliyevin digər cinayət əməlləri törətdiyi də müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa -ya bildiriblər ki, C.Əliyevin əməlləri barədə Baş Cinayət-Axtarış İdarəsinin, Gəncə Şəhər Baş Polis İdarəsinin və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun S.Həsənova məxsus “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.