logo

Bakı Polis İdarəsi müxalifətə piketlə bağlı xəbərdarlıq etdi

13:39 05-10-2019 | icon 2450
Bakı Polis İdarəsi müxalifətə piketlə bağlı xəbərdarlıq etdi

Oktyabrın 8-də razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri – İbrahim İbrahimli, Eldəniz Quliyev oktyabrın 5-də Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub, qanunun tələbləri nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən YeniAvropa -ya verilən məlumata görə, bildirilib ki, piketin keçiriləcəyi ərazidə hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaqdır. Say tərkibi müəyyən olunan piket iştirakçılarından kənar şəxslərin təyin edilməyən yerlərdə və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb.

“Sərbəst toplaşmaq haqqında” qanuna əsasən ayrı-seçkiliyə, ədavət, zorakılıq və təhqiredici çağırışlarla müşayiət olunan milli, irqi, dini ədavəti təbliğ edən davranış, eləcə də müraciətdə göstərilən ifadələrdən əlavə digər şüarların səsləndirilməsinə imkan verilməyəcək.

Qeyd olunanları nəzərə alaraq, təşəbbüskarları və qanunla 50 nəfərlik piketdə iştirak etmək arzusunda olanların hüquq qaydasına əməl etmələri tövsiyə olunub.