logo

Yaponiya səfirliyinin təşkilatçılığı ilə I Azərbaycan Budo Festivalı keçiriləcək

22:31 04-10-2019 | icon 3339
Yaponiya səfirliyinin təşkilatçılığı ilə I Azərbaycan Budo Festivalı keçiriləcək
Azərbaycanda ilk dəfə olaraq bir çox yapon döyüş idman sənətini özündə birləşdirən I Azərbaycan Budo-yapon döyüş sənətləri Festivalı təşkil olunacaq. 
 YeniAvropa xəbər verir  ki, feastival Yaponiyanın Azərbaycandakı səfirliyi və bır sıra federasiyaların birgə təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşlığı,  "JTI Azərbaycan" , "Toyota Bakı Mərkəzi", "YAR Energy" və "TravelAze" şirkətlərinin dəstəyi ilə keçirilir. 
 
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən yapon döyüş növlərini təmsil edən federasiyalardan 90 nəfərədək idmançı çıxış edəcək. Festivalda karate, cüdo, aikido, kendo, ciu-citsu, sumo kimi yapon döyüş sənətləri üzrə nümunəvi çıxışlar, yapon mədəniyyəti və idman növləri ilə bağlı stendlər nümayiş olunacaq. Tədbirin açılışında Yaponiyanın Azərbaycandakı səfiri  Teruyuki Katori, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Ağayev və digər yüksək rütbəli şəxslərin iştirakı nəzərdə tutulub. 
 
xatırladaq ki,  festival 5 oktyabr (şənbə), saat 12:00-da Bakı İdman Sarayında (Neftçilər prospekti 26 Aı) keçiriləcək.