logo

Beyləqanda maşın 3 məktəbli qızı vurdu

21:15 04-10-2019 | icon 3885
Beyləqanda maşın 3 məktəbli qızı vurdu

Beyləqan rayonunda 3 məktəbli qızı avtomobil vurub.

YeniAvropa xəbər verir  ki, hadisə rayonun 1-ci Şahsevər kəndində şagirdlər məktəbin həyətindən çıxan vaxt baş verib.

Beyləqan rayon sakini Vüsal Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə məktəbin yanından keçərkən 3 məktəbli qızı vurub.

Xəsarət alanlar rayonun 1-ci Şahsevər kənd sakinləri - 2005-ci il təvəllüdlü Aynur Kərimli, Rəqsanə Cəfərli və Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.