logo

İlham Əliyev Teymur Rəcəbovu dünya kubokundakı qələbə münasibəti ilə təbrik edib

20:48 04-10-2019 | icon 2429
İlham Əliyev Teymur Rəcəbovu dünya kubokundakı qələbə münasibəti ilə təbrik edib

Prezident İlham əliyev oktyabrın 4-də qrossmeyster Teymur Rəcəbova təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir:

"Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən dünya kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".