logo

İran əleyhinə casusluğa görə həbs edilən rusiyalı jurnalist ttezliklə azad ediləcək

19:59 04-10-2019 | icon 2933
İran əleyhinə casusluğa görə həbs edilən rusiyalı jurnalist ttezliklə azad ediləcək

Tehranda həbs olunan rusiyalı jurnalist Yuliya Yuzik yaxın vaxtlarda azad ediləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, jurnalist Y.Yuzik “bəzi məsələlərin aydınlaşdırılması” üçün saxlanılıb.

Xatırladaq ki, sentyabrın 29-da Tehrana gələn rusiyalı jurnalist Y.Yuzikin pasportu Tehranın beynəlxalq hava limanından xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən əlindən alınıb. Ona bildiriblər ki, ölkəni tərk edəndə pasportu qaytarılacaq. Lakin dünən Y.Yuzik Tehranın otellərinin birində həbs edilib. Rusiyanın İrandakı səfirliyi bildirib ki, Y.Yuzik pasportunun əlindən alınması haqqında səfirliyi məlumat versəydi həbsin qarşısını almaq olardı.

Qeyd edək ki, məsələ ilə əlaqədar İranın Rusiyadakı səfiri Mehdi Sənayi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb olunub.

Xatırladaq ki, jurnalisti İran İslam İnqilabının Küşikçiləri Korpusunun əməkdaşları həbs ediblər. Jurnalist İran əleyhinə casusluqda şübhəli bilinir.