logo

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

17:15 04-10-2019 | icon 2457
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - oktyabrın 5-6-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən  YeniAvropa -ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 25-30°, dağlıq rayonlarda 15-20° isti olacaq.

Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 7-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, oktyabrın 7-də arabir sürətlənəcək. Havanın maksimal temperaturunun 22-27°, dağlıq rayonlarda 18-23° isti olacağı ehtimal edilir.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 6-da axşam bəzi yerlərdə şimşək çaxacağı, bəzi yerlərdə arabir qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 25-30° isti olacağı proqnozlaşdırılır.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın maksimal temperaturunun 26-31° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, oktyabrın 7-də arabir güclənəcək. Havanın maksimal temperaturunun 27-32° isti olacağı gözlənilir.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 5-də axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal edilir. Mülayim cənub küləyi oktyabr 7-də arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 24-27° isti olacağı ehtimalı var.