logo

Dünya kubokunun finalının tay-breykində də qalib müəyyənləşməyib

15:51 04-10-2019 | icon 2898
Dünya kubokunun finalının tay-breykində də qalib müəyyənləşməyib

Oktyabrın 4-də Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında tay-breyk partiyaları oynanılıb.

 YeniAvropa xəbər verir ki, şahmatçılar hər iki partiyada heç-heçə ediblər.

Qrossmeysterlər final qarşılaşmasının birinci görüşündə də xalları yarı bölüblər. Lakin ikinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız üçüncü qarşılaşmada rəqibini 45-ci gedişdə məğlub edib. Şahmatçıların dördüncü görüşündə də heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.

Xatırladaq ki, sentyabrın 10-da başlayan dünya kuboku turnirində Azərbaycanın beş şahmatçısı mübarizəyə qoşulub. Turnirdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar.

Ş.Məmmədyarov səkkizdəbir finalda T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.

Turnirin mükafat fondu 1,6 milyon dollardır.