logo

Ukraynada təyyarənin qəza enişi nəticəsində ölənlərin sayı 5-ə çatdı

12:12 04-10-2019 | icon 2989
Ukraynada təyyarənin qəza enişi nəticəsində ölənlərin sayı 5-ə çatdı

"An-12" tipli yük təyyarəsinin Lvov yaxınlığında beynəlxalq aeroportun uçuş-eniş zolağından 1,5 kilometr məsafədə qəza enişi etməsi nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb.

YeniAvropa "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli özünün “Facebook” səhifəsində yerləşdirib. Həmçinin qəza nəticəsində xəsarət alan üç nəfər təcili olaraq xəstəxanalara çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, “Ukraina-Aeroalyans” aviakompaniyasına məxsus "An-12" İspaniyanın Viqo şəhərindən havaya qalxaraq  Lvov aeroportunda yanacaq doldurduqdan sonra İstanbula uçmalı imiş. Lakin təyyarə aeroporta çata bilməyib, yanacağın tükənməsi səbəbindən qəza enişi edib. İnsident zamanı təyyarənin göyərtəsində yeddi ekipaj üzvü və yükləri müşayiət edən bir nəfər olub. Təyyarə 51 il istismarda olub.